Milli Məclisdə bu qanunu ləğv olundu

Orta sahibkarlıq subyektlərinin baş mühasibləri peşəkar mühasiblər olmalıdırlar.

XALQ.AZ xəbər verir ki, bu Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Mühasibat uçotu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, əvvəlki qanuna görə, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri peşəkar mühasiblər olmalıdırlar. Dəyişikliyə əsasən, bu sıraya orta sahibkarlıq subyektləri də əlavə edilir.Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Həmçinin Azərbaycanda daha bir qanun ləğv edilib.

Bununla bağlı “Şərti maliyyə vahidi haqqında” qanunun ləğv edilməsi barədə məsələ parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq qəbul edilib.