Milli Məclisdə dövlət rüsumu müzakirə ediləcək

53

 

Parlamentin payız sessiyasının növbəti plenar iclası dekabrın 17-də keçiriləcək. Bu barədə SİA-ya Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib. Onun sözlərinə görə, növbəti plenar iclasda millət vəkilləri 14 məsələ müzakirə edəcəklər.

İclasın gündəliyinə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Dövlət rüsumu haqqında”, “Qeyri-hökumət təşkilatları, ictimai birliklər və fondlar haqqında”, “Qrant haqqında” qanunlar, o cümlədən İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin edilməsi daxil edilib. Bununla yanaşı, iclasda parlamentlərarası işçi qruplarının rəhbərlərinin seçilməsi, Koreya və Azərbaycan arasında sürücülük vəsiqəsinin tanınması ilə bağlı sazişin təsdiqi də müzakirə olunacaq.