Milli Məclisdə Makronun qərəzli mövqeyi tənqid olundu

Fransa prezidenti Emmanuel Makronun cəbhədə gedən döyüşlərlə bağlı tutduğu qərəzli mövqe, verdiyi bəyanat Milli Məclisin bugünkü plenar iclasında ciddi tənqid edilib. Çıxış edən deputatlar Fazil Mustafa, Səməd Seyidov, Elşən Musayev, Sevil Mikayılova, Arzu Nağıyev, Kamal Cəfərov və digərləri Fransanı beynəlxalq hüquq prinsiplərinə hörmət etməyə çağırdılar.

Axar.az xəbər verir ki, Milli Məclisin deputatları Fransanın ATƏT-in Minsk Qrupundakı mandatının alınması ilə bağlı çağırış edib.

Qeyd olunub ki, münaqişənin həlli işğalçıların Azərbaycan torpaqlarından tamamilə çıxması ilə mümkündür.