Milli Məclisdə “Prokurorluq haqqında” qanun müzakirəyə çıxarılır

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçiriləcək.

XALQ.AZ-ın xəbərinə görə, komitə iclasında “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi müzakirə olunacaq.

İclas onlayn formada keçiriləcək.