Milli Məclisdə qalmaqal

Milli Meclis-1

Milli Məclisin bu gün keçirilən iclasında növbəti qalmaqal yaşanıb. Xalq.az-ın məlumatına görə, bu dəfə mübahisə deputatlar Fərəc Quliyev ilə vitse spiker Ziyafət Əsgərov arasında olub.

Belə ki, F.Quliyev Milli Məclis notariat kontoru olmadığını deyib. O deputatların parlamentdə yalnız gündəliklə bağlı danışmalı olduğunu deyib. “Hər kəsin çıxış etmək haqqı var. Biz eyni zamanda gündəlikdə duran məsələlərə münasibət bildirməli, öz fikirlərimizi də deməliyik”.

Bu zaman millət vəkilinin çıxışı Vitse-spiker Ziyafət Əsgərov tərəfindən yarımçıq kəsilib və deputatdan aidiyyatı üzrə danışmaq tələb olunub. “Burada bir saatdan artıqdır ki, gündəlikdəki məsələ müzakirə olunur. Əgər başqa fikirləriniz varsa bunu mətbuatda açıqlayın. Bura mətbuat tribunası deyil ki, bütün vaxtı gündəlikdə duran məsələyə həsr olunsun”.

Bu isə millət vəkilinin kəskin reaksiyasına səbəb olub. “Bizim aramızda heç bir fərq yoxdur. Biz hamımız eyni səlahiyyətə və eyni hüquqlara malikik. Bircə fərqimiz odur ki, sadəcə siz söz verənsiniz”.