Milli Məclisin deputatının oğlu 50 milyonluq biznes aldı-Fotolar

“Milli Məclisin deputatı Ağalar Vəliyevin oğlu Pərviz Vəliyev Gürcüstanın Kabuleti kurort şəhəri, Agmashenebeli küçəsində (277 və 313) iki binanın tikintisi üçün 1.648.000 və 2.550.000 lari dəyərində torpaq sahələri alıb”.

Bu haqda araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün Feysbuk-dakı səhifəsində yazıb.

 

Cavanşir Həsənli yazır ki, deputatın oğlunun tikdirəcəyi binalar biri 30 milyon və digəri 20 milyon dollar olmaqla layihələndirilib və təsdiq edilib: “Məlumat üçün qeyd edim ki, Pərviz Vəliyev Gürcüstanda qeydiyyatdan keçmiş CRYSTAL BUILDİNG LTD-nin 50 faiz payçısıdır”