Milli Məclisin gündəliyində dəyişiklik oldu

Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyi dəyişib.

XALQ.AZ xəbər verir ki, bunu parlamentin spikeri Sahibə Qafarova deyib.

O bildirib ki, gündəliyin Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında olan 9-cu məsələsi gündəlikdən çıxarılıb.