Milli Məclis Prezidentə və xalqa müraciət edəcək

Milli Məclisiin növbəti iclasının vaxtı məlum olub.


Bu barədə XALQ.AZ-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.


Məlumata görə, iclas noyabrın 13-də keçiriləcək. İclasın gündəliyinə bir məsələ daxildir. Bu aşağıdakı məsələdir:

– Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına Azərbaycan Respublikası Milli Məclisinin müraciəti haqqında.