Milli Məclisin keçmiş deputatı vəfat etdi

Milli Məclisin sabiq deputatı Akif Şahbazov 65 yaşında dünyasını dəyişib.

XALQ.AZ   xəbər verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkədə paylaşım edib.

Bildirilib ki, A.Şahbazov doğulduğu Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində dəfn edilib.

Qeyd edək ki, A.Şahbazov 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub.