Milli Məclisin payız sessiyasının ilk komitə iclasının vaxtı müəyyənləşib

Milli Məclisin payız sessiyasının ilk komitə iclasının vaxtı açıqlanıb.

XALQ.AZ xəbər verir ki, sentyabrın 17-də ilk olaraq parlamentin Elm və təhsil komitəsinin iclası keçiriləcək.

İclasda 2019-cu il yaz sessiyasının yekunları, komitənin payız sessiyası üçün nəzərdə tutulan iş planı, “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlara dəyişiklik müzakirə ediləcək.

Qeyd edək ki, Milli Məclisin payız sessiyasının ilk plenar iclası isə sentyabrın 30-da keçiriləcək.