Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçiriləcək


İyunun 8-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçiriləcək.

XALQ.AZ-a bu haqda məlumat Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilib.

Məlumata görə, iclasda Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə baxılacaq.

Məsələ ilə bağlı deputatlar öz fikirlərini bildirəcəklər.