Milli Məclisin sədrinin birinci müavini və millət vəkili Ankarada

Milli Məclisin  sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsəgərov və Milli Məclisin deputatı  Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Dilarə Cəbrayılova Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinin qarşısının alınmasının üçüncü ildönümünə həsr olunmuş tədbirdə iştirak ediblər.

XALQ.AZ-a veriləm məlumata görə ,  Türkiyə Böyük Millət Məclisində 15 İyul – Demokratiya və Milli Birlik Günü ilə əlaqədar xüsusi iclas keçirilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən iclasda Azərbaycanı Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və deputat Dilarə Cəbrayılovadan ibarət parlament heyəti təmsil edib.

Əvvəlcə Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun çıxışı dinlənilib. FETÖ terror təşkilatının hərbi yolla həyata keçirdiyi çevriliş cəhdini xalqa və dövlətə qarşı xəyanət kimi dəyərləndirən TBMM-in Sədri əminliklə deyib ki, Türkiyə xalqı bundan sonra da dövlətini qorumaq və inkişaf etdirmək üçün öz həmrəyliyini saxlayacaqdır.

Sonra parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndələri 15 İyul – Demokratiya və Milli Birlik Günü ilə bağlı fikir və mülahizələrini bölüşüblər.

Azərbaycan heyəti Prezidentin Administrasiyasında keçirilən anım tədbirində, oradakı məsciddə şəhidlərə dua oxunuşunda, FETÖ-nün dövlət çevrilişinin acı nəticələrini əks etdirən Türkiyə parlamentində təşkil olunan fotoqalereyaya baxışda, həmçinin 2016-cı il iyulun 15-də dövlət çevrilişi cəhdi zamanı bombalanaraq dağıdılan Ankara Polis İdarəsinin yeni binasının açılışında iştirak edib.

 

 

Daha sonra Türkiyə prezidenti  R.T.Ərdoğanın iştirakı ilə Ankara Polis  İdarəsinin yeni inzibati binasının açılış mərasim keçirilib. Açılış mərasimindən sonra R.T. Ərdoğan Azərbaycan nümayəndə heyəti ilə görüşüb.