Milli Məclisin xüsusi iclasının keçirilsin-Deputat vacib təkliflə çıxış etdi

Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edilib.

Bu təkliflə deputat Qüdrət Həsənquliyev qanunverici orqanın bu gün keçirilən toplantısında çıxış edib.

 

Onun sözlərinə görə, Rusiyada törədilən terror aktından sonra ölkədə təhlükəsizliyin hansı səviyyədə olduğu və hansı işlər görüldüyü barədə deputatlara bir məlumat verilməlidir: “Allah eləməsin, bizdə belə hadisə baş verərsə, bizim hansı gücümüz var?”

Çox yaxşı olardı ki, təcili tibbi yardım vertolyotları alınsın. Vətən müharibəsi dövründə yaralıları Badmadardakı vertolyot meydançasına daşıyırdılar, oradan isə təcili tibbi yardım maşını ilə xəstəxanalara gedirdilər.

Bizdə xəstəxanalarda vertolyot meydançaları yoxdur. Rusiyada baş verən hadisədən sonra mən bu barədə düşündüm. Bizdə belə hadisə olsa, necə olar?! Bakıda sıxlıq çoxdur. Yaralıları təcili tibbi yardım maşını ilə daşımaq olacaqmı?

Bundan əlavə, Bakı Neft Emalı zavodu şəhərdən çıxarılmalıdır. Orada hər hansı texnogen qəza olsa, paytaxt bundan çox ciddi təsirlənəcək” , – deyə deputat vurğulayıb.