Milli Məclisinin növbəti plenar iclası başladı

Milli meclis-1

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası öz işinə başladı.

XALQ.AZ-ın məlumatına görə, iclasda Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı dinləniləcək.
Milli Məclisin deputatları “Yol hərəkəti haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında, Cinayət-Prosessual, İnzibati Xətalar məcəllələrində dəyişikliklər edilməsi haqqında qanun layihələrini müzakirə edəcəklər.

Deputatlar, həmçinin ikinci oxunuşda “Dəniz limanları haqqında” və “Yaşıllıqların mühafizəsi haqqında” qanun layihələrinə baxacaqlar.