“Milli maraqlara söykənən Ulu Öndərimizin böyük siyasəti”

Hər birimizə eləcədə dünya ictimaiyyətinə məlumdur. Azərbaycan cəmiyyəti ənənəvi dəyərlər,
ailə dəyərləri üzərində qurulub. Bu cəmiyyətdə hər bir övlad valideynləri üçün çox əzizdir,
dəyərlidir. Bu ənənələrin dərin kökləri vardır. Dədə – babalarımızdan indiki vaxta qədər gəlib
çatan bu ənənəni bu günkü müasir Azərbaycan cəmiyyəti qoruyub saxlayır, inkişaf etdirir. Bu
indi də belədi. Hələ də Ulu Öndərimizin hakimiyyəti illərində də bu milli dəyərlərə riayət
olunurdu.
Bu sözləri ölkə rəhbərimiz İlham Əliyev cari ilin 22 iyun tarixində Çin Xalq televiziyasının
kanalına verdiyi müsahibəsindəki geniş və ətraflı çıxışda söylədi. O danışaraq qeyd etdiki, Ulu
Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini quran, onu inkişaf yoluna yönəldən, ölkəni
qarşıdurma və xaosdan qurtaran vətəndaş müharibəsinin qarşısını alan bir şəxsiyyət kimi tarixə
düşüb. Ulu Öndərin milli maraqlara söykənən siyasəti indi də davam edir. Hal- hazırda qərb
mətbuatının Azərbaycan haqqında dünya mətbuatında yazdığı yalan- dolan yazılar hər birinizə
məlumdur. Biz onlardan fərqli olaraq milli dəyər və maraqlarımıza cavab verməyən hər hansı
bir işə qoşulmuruq.
Artıq Azərbaycan əvvəlki dövlət deyildir. İndi biz hər bir kəslə qarşılıqlı hörmət və dostluq
üzərində yanaşırıq.
Hələ Ulu Öndərimizin zamanında Çinin ərazi bütövlüyünün, vahid Çin və Çinin birləşməsi
siyasəti hər zaman dəstəkləmişdir. Bu gündə bu dəstək bizim tərəfimizdən davam edir.
Buna canlı misal kimi cari ilin bu ayında açılmış və artıq fəaliyyətə başlamış Ələt Azad
İqtisadi Zonamızda Çin şirkətləri üçün əlverişli bir hadisədir.
Regional bağlantı mərkəzinə çevrilmək baxımından Azərbaycan dövləti coğrafi üstünlüklərə
malikdir. Ölkəmiz Şərq – Qərb və Şimal – Cənub nəqliyyat marşrutları üzərində yerləşir.
Bildiyimiz kimi bizdə nəqliyyat infrastrukturuna böyük sərmayə qoyuluşuna 15 il əvvəl
başlanıb. “ Bir kəmər, bir yol “ layihəsinə qoşularkən Azərbaycan artıq hazır infrastrukturu var
idi. İndi biz sadəcə olaraq texniki imkanları artırırıq. Ticarət limanımızı genişləndiririk. Bizim
dəniz ticarəti limanımız bir neçə il əvvəl açıldı. Onun imkanlarını hazırda 25 milyon tona qədər
çatdırırıq. Gələcəkdə Gəmiqayırma zavodunun böyüdülməsi və təkmilləşdirilməsi də nəzərdə
tutulmuşdur.
Hər birimizə məlumdur ki, Birləşmiş Ştatlarda, Fransada və bəzi Qərb ölkələrində erməni
icmalarının çoxluq təşkil etdiyi yerlərdə erməni lobbisi böyük nüfuza malikdir. Onlar sistemli
və məqsədli şəkildə Azərbaycana siyasi meydanda, media sahəsində hücum çəkirlər. Tanınmış
və öndə gedən siyasətçiləri ələ alırlar. Bütün planları da Azərbaycandır. İnsanlarda
Azərbaycanofobiya mühiti yaradırlar.
Hal – hazırda Fransa Ermənistanın ən böyük vəkilinə çevrilib. Onların əsassız və gülünc
bəyanatlarla olan hücumları ilə üzləşirik. Onların bu şəkildə çıxardığı qərarlar və siyasi
bəyanatlar artıq etikadan kənara çıxmışdır. Artıq belə adamlara dur deməyin vaxtı çoxdan
çatmışdır. Bu illər ərzində isə dünya dəyişsədə biz dəyişməz qaldıq. Bizim başlıca məqsədimiz
dövlətçiliyimizin möhkəmləndirilməsi, qabaqlayıcı tədbirlərimizi davam etdirmək, fəal xarici
sülh siyasətinin yürütməklə Azərbaycanımızın iqtisadi, siyasi və mədəni inkişafıdır.
Quliyeva Sevda— Nəsimi rayonu İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini