Milli ordunun əsgəri yaralandı

Silah

Cəbhənin Qazax rayonu istiqamətində Ermənistan silahlı qüvvələri atəşkəsi pozub.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Quşcu Ayrım və Abbasbəyli kəndləri istiqamətində ermənilər atəşkəsi pozub. Milli Ordunun cavab atəşi ilə düşmən susdurulub.

Atəşkəsin pozulması nəticəsində Azərbaycan ordusunun 1 əsgəri yaralandığı və yaralının hərbi hospitala yola salındlığı bildirilir.

Məlumatı dəqiqləşdirməyə çalışırıq.