“Milli Qəhramanın” sərgüzəştləri

4

Özünü milli qəhraman kimi təqdim edən şəxs oteldə əxlaqsızlıqdan xəbərsizdir?

 

Xəbər verdiyimiz kimi Suraxanı rayon ərazisində yerləşən Günəşli oteli bağlı məlumat dərc etmişdik.Məlumatda vurğulanırdı ki, sözügedən oteldə əxlaqsızlıq yuvası fəaliyyət göstərir. Belə ki, hər gün, xüsusən də gecə saatlarında otelə cüt şəkildə gələnlərin çığır-bağırı, habelə əxlaqa sığmayan ifadələr işlətməsi yaxınlıqda yaşayan sakinlərin narahatlığına səbəb olub. Bununla əlaqədar dəfələrlə müvafiq qurumlara müraciət edilməsinə baxmayaraq, heç bir tədbir görülməyib. Oteldə araşdırmalarımız zamanı məlum olmuşdur ki, gənc qızlar istismara məruz qalır. Saytımızda xəbər dərc olunandan sonra özünü milli qəhramn kimi təqdim edən  Tahir adlı şəxs redaksiya ilə əlaqə saxlamışdır və bildirmişdir ki, obyektin sahibidir və aparatda  məsul vəzifədə işləyir.Daha sonra obyekti qanuni  otel kimi fəaliyyət göstərir, “ora qadında gələ bilər kişi gələ bilər, gələnlərə deyə bilmərəmki get qadınsız gəl,biz pulumuzu alıb qeydiyyatdan keçirdib otaq veririk mənim nəyimə lazimdır otaqda kim nə edir, əxlaqsızliğı qızlar edirsə gedin o sualı qızlara verin. Maraqlıdır görən  həqiqətən Tahir adlı şəxs milli qəhraman statusu daşıyır və hansı aparatda işləyir?

 

Xatırladak ki, Azərbaycanın torpağlarının bötüvlüyü uğrunda canlarından keçmiş həqiqi  Milli Qəhramanlarımız var onlar hər zaman xalqımızın qəlbində yaşayırlar. Bu  gün yaşayan Milli Qəhramanlarımız isə  yenə də vətənimiz və xalqımız  üçün çalışırlar.

 

 

Araşdırmalarımız davam edir