Millimiz Belarusa qarşı – Millətlər Liqası

Azərbaycan millisi bu gün Millətlər Liqasının qrup mərhələsində 2-ci tur oyununa çıxacaq.

Xalq.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda C Liqasının 3-cü qrupunda Belarusla üz-üzə gələcək. Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

İlk turda səfərdə Qazaxıstana uduzan (0:2) millimiz uzunmüddətli qələbəsizlik seriyasına son qoymağa çalışacaq.

Bu qrupun digər görüşündə Slovakiya Qazaxıstanı qəbul edəcək.

UEFA Millətlər Liqası

C Liqası, 3-cü qrup

22:45. Belarus – Azərbaycan

Baş hakim: Məhəmməd Əl-Hakim

Serbiya. Novi Sad “Karadjordje”