Millimizin Avropa çempionatı üçün heyəti açıqlandı

İyunun 17-də İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində start götürəcək 22 yaşadək boksçular arasında Avropa çempionatı üçün Azərbaycan millisinin heyəti açıqlanıb.

Azərbaycan Boks Federasiyasından  verilən məlumata görə, 8 gün davam edəcək yarışda ölkəni baş məşqçi Əsgər Eyvazov, məşqçilər Əli İsmayılov və Şahin İmranovun rəhbərliyi altında 7 boksçu təmsil edəcək.

Komandanın heyətində Əli Zamanov (52 kq), Masqud Xasmetov (56 kq), Cəlal Qurbanov (60 kq), Ruslan Rüstəmov (64 kq), Sərxan Əliyev (69 kq), Mirşərif Kazımzadə (75 kq) və Murad Allahverdiyev (81 kq) yer alıb.

Azərbaycanlı hakim Fuad Aslanov da qitə birinciliyində olacaq.