Miqrantlara qarşı yürüşdə qan töküldü

11

 

Rusiyanın ikinci paytaxtı sayılan Sankt-Peterburqda millətçilərin bugünkü icazəli mitinqi axşamüstü şəhərin mərkəzi Nevski prospekti ilə miqrantlara qarşı yürüşlə yekunlaşıb. Aznews.az Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, millətçilərin hücumu nəticəsində bir neçə “qeyri-salvyan” görkəmli şəxs yaralanıb.Polis ekstremist gənclərdən 8 nəfərini saxlayıb. OMON hadisə yerinə gəlib çıxana kimi kütlə dağılıb. Məlumata görə, yürüş iştirakçıların sayı 150 nəfər olub