Mirhəsən Seyidov Neftçala Rayon Mərkəzi Xəstəxanasında – Foto

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Neftçala Rayon Mərkəzi Xəstəxanasını ziyarət edib.

XALQ.AZ xəbər verir ki,  M.Seyidov dünyanı bürüyən koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar karantin üçün ayrılan xəstəxanada tibbi personal ilə görüşərək, pandemiya əleyhinə görülən işlərlə tanış olub. 

Neftçala Rayon İcra Hakimiyyətinin başçısına xəstəxanada yaradılan ümumi şərait barədə məlumat verilib. Qeyd olunub ki, xəstəxanada karantin rejimində müalicə alan şəxslərə xüsusi diqqət və qayğı göstərilib, onların zəruri ehtiyacları yüksək səviyyədə qarşılanıb.

M.Seyidov koronavirusla mübarizə tədbirləri çərçivəsində Azərbaycan səhiyyəsinin rolunu yüksək qiymətləndirib, göstərdikləri fədakarlığa, qayğıkeşliyə və ən əsası peşəkar fəaliyyətə görə Neftçala tibb işçilərinə təşəkkür edib.

Qeyd edək ki, Neftçala Rayon Mərkəzi Xəstəxanasında karantin müddətini başa çatdıran bütün vətəndaşlar evlərinə buraxılıblar. Pandemiya ilə əlaqədar xüsusi dezinfeksiya işləri aparılaraq, xəstəxana yenidən hazır vəziyyətə gətirilib.

XALQ.AZ