Mirkamil sənətdən uzaqlaşdı

 

3

Bir müddət əvvəl ürəyindən əməliyyat olunmuş müğənni Mirkamil Kamilova həkimlər oxumağı qadağan edib.

İfaçı, Axşam.az-ın müxbirilə söhbətində sənətdən uzaqlaşdığını bildirib:

“Bu yaxınlarda İranda müayinədən gəlmişəm. Həkimlər səhhətimin yaxşılığa doğru dəyişdiyini deyirlər. Bircə oxumağa icazə vermirlər. Hərdən məclislərdə dostlarımın istəyi ilə bir az oxuyuram, ürəyimdə ağrılar başlayır. 6 ay sənətdən uzaq qalmalı, təmiz havada gəzməliyəm”.

Mirkamil xəstə olduğu müddətdə ona dəstək duran sənət dostlarını da unutmayıb:

“Xəstə yatdığım vaxt Aygün Kazımova, Aygün Bəylər, Manaf Ağayev, Ramal, Aybəniz xanım və başqaları mənə dəstək oldular. Elə bir müğənni olmadı ki, mənimlə maraqlanmasın”.