Mirşahin Gəncədə təxribat törədənlər haqda faktları açıqladı – Video

Real TV-nin rəhbəri Mirşahin Ağayev Gəncə hadisələri ilə bağlı saxlanılan şəxslər barəsində bir sıra məlumatları açıqlayıb. 

XALQ.AZ məlumat verir ki, sözügedən kanalın efirində bu haqda danışan M. Ağayev yaxınlarının günahsız olduğunu iddia edərək dövlət strukturlarının qarşısını kəsən şəxslərə müraciət edib. 

O, bildirib ki, hazırda məhkəmə prosesləri davam edən təqsirləndirilən şəxslərin ötən ilin iyul ayında, icra başçısı Elmar Vəliyevə terror cəhdilə başlayan, Gəncədə iki polis zabitinin amansızlıqla qətlə yetirilməsilə davam edən hadisələrdə birbaşa iştirakı var. 

Yuxarıda həmin videonu təqdim edirik.