Misirin yeni baş naziri seçilib

Misir

Misirin yeni baş naziri vəzifəsinə İbrahim Məhləb təyin edilib.

Xalq.az-ın məlumatına görə, Misirin müvəqqəti prezidenti Ədli Məsur ölkənin kommunal və inşaat sektoruna rəhbərlik edən İbrahim Məhləbə hökuməti formalaşdırmağı tapşırıb.

Xatırladaq ki, Misir hökuməti və baş nazir Hazem əl-Bəblavi ötən gün istefaya gedib.

Qeyd edək ki, Hazem Əl-Bəblavi hökuməti 2013-cü il iyulun 3-də prezident Məhəmməd Mursi devriləndən sonra formalaşdırılmışdı.