MN: Qan Bankında bütün qan qruplarının ehtiyatı mövcuddur

Son günlər sosial şəbəkələrdə saxta profillər yaradılaraq guya yaralılara kömək məqsədilə müxtəlif qan qruplarından qana ehtiyacın olması barədə məlumatlar yayılır.


XALQ.AZ-ın məlumatına görə, Müdafiə Nazirliyi Bildirir ki, yayılan məlumatlar həqiqəti əks etdirmir, yalandır, məqsədyönlü şəkildə yayılır və təxribat xarakteri daşıyır.


Gəncə Hərbi Hospitalının rəisi tibb xidməti polkovnik-leytenantı Hüseyn Qaçayev Gəncə Hərbi Hospitalının özünün Qan Bankında bütün qan qruplarından ehtiyatın olduğunu qeyd edib. O, bildirib ki, hazırda qanla əlaqədar heç bir çətinliyimiz yoxdur.