Mollanın burnunu və qulaqlarını kəsdilər

76
Əfqanıstanda mollanın qulaqlarını və burnunu kəsiblər. Hadisə Bağlan vilayətində baş verib.
ANS PRESS-in verdiyi məlumata görə, Bağlan vilayətinin polis rəisi bunun qisas olduğunu bildirib: ” Molla 12 yaşlı qızı zorladığına görə ona qarşı bu hərəkəti ediblər”.
Deyilənə görə, Seyid Əhməd adlı bu molla həm də qızın xalası oğludur. Qızın valideynləri mollanı qonaq çağırdıqdan sonra da əllərini bağlayaraq bıçaqla qulaqlarını və burnunu kəsiblər.
30 yaşlı molla deyib ki, 3 ay qabaq qıza uyuşdurucu dərman verərək doğrudan da onu zorlayıb.
Polis həm mollanı, həm də qızın valideynlərini tutub.

30 yaşlı molla deyib ki, 3 ay qabaq qıza uyuşdurucu dərman verərək doğrudan da onu zorlayıb