Morninqstar Azərbaycandan getdi

 

54

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bu gün vətəninə geri dönüb. 

 

XALQ.AZ xəbər verir ki, səfirliyin mətbuat xidmətinin rəhbəri Mehdi Hüseynquliyevin anspress-ə verdiyi məlumata görə, Riçard Morninqstar öz vəzifə səlahiyyətlərini artıq başa vurub.

Yeni səfirin nə zaman təyin olunacağına gəlincə, Mehdi Hüseynquliyev bildirdi ki, namizədliyi irəli sürülmüş Robert Cekutanı yeni səfir kimi ABŞ Senatı təsdiqləməlidir. Yalnız bundan sonra yeni səfirin nə vaxt Azərbaycanaa gələcəyi bilinəcək.

Qeyd edək ki, ABŞ Senatı 2012-ci il iyunun 30-da R.Morninqstarın Azərbaycanda səfir postuna namizədliyini təsdiq etmişdi.

Bir necə gün öncə R.Morninqstar vida çıxışı etmişdi.