Moskvada minlərlə etirazçı Kremlə doğru yürüş edir

Moskvanın mərkəzində icazəsiz aksiya davam edir.

XALQ.AZ xəbər verir ki, aksiyalarla bağlı, şəhərin 2 əsas metrostansiyası “Puşkinskaya” və “Tverskaya”ya giriş bağlanıb. Vətəndaşlara digər stansiyalardan istifadə etmək tövsiyyə olunub.

İnsan kütləsi Puşkin meydanından Kremlin yaxınlığında yerləşən Manej meydanına doğru hərəkət edir. Rəsmi məlumaltara görə, onların sayı 4 mini keçir. 

Etirazçı kütləni hərəkət istiqaməti boyu çoxsaylı polis qüvvələri müşaiyət edir.