MSK-ya yeni namizədlər seçildi-Siyahı

Milli Məclisin bitərəf deputatlarının iclası keçirilib.

XALQ.AZ xəbər verir ki, iclasda Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatları Mərkəzi Seçki Komissiyasında (MSK) təmsil olunacaq 6 namizədini müəyyənləşdirilib.

Bitərəf deputatlar aşağıdakı şəxsləri MSK-ya namizəd kimi təqdim ediblər.

Arifə MuxtarovaQabil OrucovFuad CavadovNizami Nadirxanlıİlham MəmmədovNailə Əsgərova

 
VI çağırış Milli Məclisdə 45 bitərəf deputat təmsil olunur.


Qeyd edək ki, MSK 18 üzvdən ibarətdir və Milli Məclis tərəfindən seçilir. MSK-nın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını (bitərəfləri), 6 üzvü isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları təmsil edir.


2020-ci ilin fevralında ölkə parlamentinə növbədənkənar seçkilər keçirilib. Lakin son seçkilərdən sonra MSK-nın tərkibi yenilənməyib.