Müəllimlik ağır peşədir

51

Vaxt bizdən ciddi dəyişikliklər gözləyir. Çoxlu suallara dərin, analizedici və ətraflı  cavablar vermək lazımdır. Bunlardan  bizim üçün ən əhəmiyyətli olanı Azərbaycan məktəbi, yeni nəsl Azərbaycan insanı necə olacaqdır? Bu suala ətraflı cavab vermək üçün əvvəlcə müəllimlərin  həyat şəraiti ilə tanış olaq. Bu yaxınlarda Təhsil Nazirliyində müəllimlərin dərs yükü ilə bağlı mətbuatda acıqlama getmişdir . Mən də bu açıqlama  ilə əlaqədar  bir müəllim olaraq öz fikirimi bildirirəm. Orada qeyd olunur ki, müəllimlərin dərs yükünü 12 saatdan 36 saata qaldırmaq lazımdır.   Məlumdur ki, məktəb üçün ən əhəmiyyətli fiqur müəllimdir. Təlim- tərbiyə prosesində müəllimin fəaliyyəti çox genişdir. Müəllim  gərək öz fənnini və qarışıq fənləri “əla” bilsin. Onların dinamikasını, tədris proqramlarının tələblərini, təlimi nəzəri cəhətdən təmin edə bilsin.  xüsusilə elmi biliklərin məzmununu və funksiyasını bilməli, müasir dünyanın elmi mənzərəsini  istiqamətləndirməyi  bacarmalıdır                                                                                                                

   Həqiqi müəllim, yaradıcı-pedaqoq o, adam olur ki, o, uşaqları sevsin, öz işinndə müəyyən qədər bilik və bacarıq qazanmış olsun, onları daima dərinləşdirsin və təkmilləşdirsin. Peşəyə olan marağını biruzə versin. Daima elmi axtarışda olsun. Elmi axtarış mədəniyyətin fenomenidir.Təlimin məqsədini və vəzifəsini müəyyənləşdirən ideal modeldir. Bura nəinki bəşəri biliklərin fəaliyyət qabliyyətini, eyni zamanda təcrübə və yaradıcılıq axtarışlarını, insanların dünyaya və özlərinə, olan dəyərli münasibətini də aid etmək olar.                  

    Görək bu deyilənləri təmin etmək üçün müəllimin vaxtı və imkanı varmı? Bunun üçün müəllimin həyatına və əməyinə ciddi nəzər salmaq lazımdır.  Müllimlərin dərs yükü haqqında çox danışılıb.Bəs nəticəsi? Nəticə yoxdur.Nə vaxt hərəkətə gələcəyik? Nə vaxt müəllimlərin işləməsi üçün normal şərait yaradacağıq ki, müəllimlər məktəbdən evə qayıdarkən özlərini  yorğun, gücsüz, zəif hiss etməsin. O, vəzifəsini şərəf və ləyaqətlə bitirdiyini, əmək öhdəliyini ləyaqətlə yerinə yetirdiyini hiss etsin.                                                                                                                               

       Müəllimin bu qədər yorğun olmasına əsas səbəb. Bilirsiniz nədir?Müəllimin həddindən artıq yüklənməsidir.  Müəllimin öhdəsinə 200-növdən çox iş düşür. O. nəinki fənn müəllimidir eyni zamanda tərbiyəçidir, sinif rəhbəridlr. O, bir gündə planlaşdırdığı bütün işləri praktik olaraq yerinə yetirə bilmir. Çox yükləndiyinə görədir ki, onun yorğunluğu, gərginliyi artır.Ortada narazılıq   yaranır. Müəllim  ailəsini, şəxsi təhsilini, elementar istirahətini belə unudur.                                                                                   

             Hələ müəllimin kabinetdə nə qədər işi var. Bütün bunların hamısını o, özü yerinə yetirir.Kabineti səhmana salır, əyani vəsaitlər, didaktik materiallar hazırlayır. Müəllim özü düzəldir. Yazır-pozur, kəsir-yapışdırır. Əgər biz müəllimlərin necə yükləndiyini saysaq adamın başı gicəllənər.                                                                                            

Bunlardn bir neçəsini sayaq; Müəllim sinif rəhbəridir, sinifdənkənar işlərin, fakultətiv məşğələnin, dərnəyin rəhbəridir. İctimaiyyətçidir, müsabiqələrin, gecələrin, ictimai-faydalı işlərin təşkilatçısıdır. Kabinet, laboratoriya müdiridir. Məktəb fənn metod birləşməsinin, məktəb muzeyinin, yaradıcı qrupun, pedaqoji sovetin, pedaqoji mühazirələrin, müxtəlif seminarların üzvüdür, kursların, müxtəlif sərgilərin təşkilatçısıdır.                                                                                                                               

        Hamısını daxil etmək mümkün deyil. Xüsusilə də dərinləşdirilmiş fənləri öyrədən müəllimlər üçün çox çətndir. Onların yalnız proqramları vardır. Dərsin aparılmasına aid nə bir xüsusi ədəbiyyat nə də metodiki  göstəriş var. Proqramlara çoxlu miqdarda laboratoriya işləri salınmışdır. Elə olur ki, bir müəllimin 3 sinifdə laboratoriya işi aparmalı olur.Tənəffüsdə müəllim macal tapıb heç avadanlıqları dəyişə bilmir.Bu cür dərslərin keyfiyyətindən danışmağına dəyməz.                                                                                       

      Kompüterlə dərsə hazırlaşarkən nə qədər vaxt sərf olunduğunu hesablasaq müəllimin yatmağa vaxtı belə qalmır. Bura səhər saat 8-dən 17-ə qədər məktəb növbətçliyini, pəncərə ilə keçilən dərsləri, əlavə bir gün iməciliyi və.s daxil etsək   müəllimin necə çıxılmaz vəziyyətdə qaldığının şahidi olarıq.                                               

    Halbuki müəllimə boş vaxt hava və su qədər  Lazımdır.Müəllimin boş vaxtı olmalıdır ki, valideynlərlə görüşə bilsin, şəxsi təhsilini artıra, mədəni-kütləvi tədbirlərdə iştirak edə bilsin.Elə etmək lazımdır ki,müəllimlərin sosial-hüqu   cəhətdən qorunması arzu olaraq qalmasın. Müəllimin nüfuzu qaldırılsın. Onların sərbəst informasiya almaq hüququ olsun.Onlar maddi cəhətdən təmin olunsun. Odur ki, müəllimlərin dərs yükünü artırmaq yox əksinə azaltmaq lazımdır. Müəllimlərin okladı 12 saat yox 8 saata endirilməlidir. Onda həm müəllimlərin dərs yükü azalar, həm də maaşları artar. Eyni zamanda asudə qalması üçün şərait yaranmış olar. Bir az daTəhsil Nazirliyi onun şöbələri barədə. Həm nazirlik, həm də şöbələr müəllimlərə bacardıqları köməkliyi etmirlər.   Hələ ki, maddi və mənəvi problemlər, hansılar ki, pedaqoji əməyin keyfiyyətini stimullaşdırır hədərə gedir.İndi müəllimin hansı yaradıcılığından danışmaq olar ki, müəllim hər an tərbiyədə,  təhsildə səriştəsizliklərlə, formalizmlə qarşılaşır.Kağızbazlıqdan, avtoritarizmdən azad ola bilmir. On illər ərzində məktəblər yazılı göstərişlər, əmr və sərəncamlar əsasında idarə olunmaqdadır.Məsələn, göstəriş verilir ki, iki il bir sinifdə qalan olmasın.Yüksək faiz göstəricilərilə hesabat verilsin. Müəllim bilərəkdən belə pis vəziyyətə düşür. Çünki onu belə formalaşdırıblar. Müəllimin yaradıcı işləməsi üçün hansı şərait yaradılırsa-yaradılsın, onun əməyinin qiymətləndirilməsində fərq olmasa keyfiyyət də olmayacaq. Məsələn, yaxın qonşuluqda iki məktəb var. Hərəsində müxtəlif şərait də, müxtəlif keyfiyyətdə dərslər keçilir maaşlar eynidir. Yxud bir məkdəbdə iki eyni sinifdə ayrı-ayrı müəllimlər dərs keçir biri dərsi yaxşı keçir, digəri isə pis keçir. Maaşlarda  fərq yoxdur. Qabaqcıl müəllimlərin çoxunun mükafatdan, fəxri adlardan xəbəri belə yoxdur. Ona görə burada sosial ədalətdən danışmağına dəyməz. Ədaləti bərpa etməkdən ötrü Təhsil Nazirliyi, onun şöbələri enerjili, qətiyyətli, yenilikçi, formalizm virusuna yoluxmayan, qabaqcıl təcrübəni durmadan təkmilləşdirən,yenilikçi,  istedadlı pedaqoqlarla təmin edilsə daha yaxşı olar. Cəmiyyətin yeni keyfiyyət halına keçməsində vəzifə adamlarının çox böyük rolu vardır. Elmin, texnikanın, texnologiyanın, idarəetmənin saz halında saxlanmasında onlar az rol oynamırlar. Vəzifəli şəxs öz bilik,. Bacarıq və əmək-təşkilatçılıq vərdişlərini tədbiq edərək, ona etibar olunmuş sahəni necə yeniləşdirmək yolları və vasitələri üzərində düşünməlidir. Ölkəmizdə iqtisadi, sosial və mənəvi sahədə əsaslı dönüş yaratmaq üçün vəzifə təyinatına da ciddi fikir vermək lazımdır. Vəzifəyə hər hansı bir adamı seçərkən o, adamın həssaslığı, prinsipiallığı, xeyirxahlığı və tələbkarlığı,  nəzərə alınmalıdır. Vəzifə hər adama qismət olmur və hər adama da etibar olunmur. Hər hansı bir şəxs xalqın iradəsi ilə vəzifəyə gəlməlidir.  Hər hansı bir məktəbdə direktor yeri boşalarkən o boş yer seçki yolu ilə tutulmalıdır.Direktor təyinatına qətiyyən yol verilməməlidir. Yoxsa istənilən adamları direktor təyin edirlər. Bu da təhsildə öz acı nəticəsini göstərir. Müəllimin yüksək mədəniyyətə mənəviyyata malik olması onu şəxsiyyət edir. Şəxsiyyətsiz məktəb olmamalıdır. Əfsuslar olsun ki, məktəblərimizdə şəxsiyyət olmayan direktorlara da rast gəlmək olur. Şəxsiyyət olan kəsin direktor seçilməsi üçün qabaqcadan hazırlıq işləri görülməlidir. İcra hakimiyyətlərində, yaxud Təhsil Nazirliyində yuxarıda sadaladığımız yüksək keyfiyyətlərə malik olan üç qabaqcıl müəllimin şəxsi işlərini əldə etməli, şəxsi işləri nəzərdən keçirdikdən sonra, müəllimlər konfransında cari məsələlərlə yanaşı məktəb direktorluğuna namizədlərin də məsələsi həll oluna bilər. Həmin konfransda namizədlikləri irəli sürülmüş müəllimlərin tərcümeyi halları  oxunmalı, (tərcümeyi-halda hər bir namizədin yaradıcılığı geniş şəkil də işıqlandırılmalıdır) sonra bir-bir açıq səsverməyə qoyulmalı. Kim çox səs toplayarsa o,da boş qalmış direktor yerini tutar. Təhsil şöbəsinin müdiri də bu yolla seçilə bilər. Təhsil Naziri isə Milli Məclisdə eyni qayda ilə seçilməlidir. Burada namizədlər həm məktəb direktorları, həm də müəllimlər ola bilər. Bu qayda ilə keçirilən seçkilər həm faydalı, həm də demokratik olar.

Sadiqov Arif. Ali dərəcəli müəllim. Naxçıvan.