Müavinətlər və təqaüdlər yenidən artırılacaq
“Prezidentin Sərəncamına uyğun olaraq hökumətə tapşırıq verilib ki, 3 ay müddətində sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı öz təkliflərini hazırlasınlar”.
XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.
“Yəqin ki, mart ayının sonlarından bu sahədə də artımları görəcəyik”, – deyə komitə sədri bildirib.