“Mübarizəmiz davam edir” – Hikmət Hacıyev

“Əziz dostlar erməni lobbi dairələrinin şikayəti əsasında fəaliyyəti dayandırılmış @Twitter profilimin bərpası üçün göstərdiyiniz qəti dəstəyə görə hər birinizə təşəkkür edirəm. Ali Baş Komandan, Prezident İlham Əliyev dediyi kimi “Biz Birlikdə Güclüyük”! Mübarizəmiz davam edir!”

XALQ.AZ-ın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdəki hesabında yazıb.