Mübariz Mənsimov mən qanunla çalışıram

49

 

Qardaş Türkiyədə əslində nə baş verir? Hadisələrlə bağlı qardaş ölkənin ən zəngin iş adamlarından biri azərbaycanlı Mübariz Mənsimov münasibət bildirib.Mübariz Mənsimovun ANS-ə müsahibəsini təqdim edirik. “Palmali” şirkətlər qrupunun prezidenti, Mübariz Mənsimovun sözlərinə görə, rüşvət və qaçaqmalçılıqla bağlı saxlanılanlar barədə istintaq aparılır. “Əlbətdə ki, bunun Türkiyə üçün çox neqativ təsirləri var. Türkiyə iqtisadiyyatı 638 milyard türk lirəsi itirir. Nəticədə bu, hər kəsin cibindən çıxan puldur. Mən eşitməmişəm ki, bu məsələdə bir azərbaycanlı iş adamanın adı çəkilsin. Bu gün Türkiyə iqtidarı istər Azərbaycandan, istərsə də digər dövlətlərdən gəlib qanun çərçivəsində Türkiyədə sərmayə qoyurlar.Mediada bəzi boşboğazlıq və cəfəngiyyatlar deyilir. Bu, açıq şəffaf mediyanın olmamasını göstərir. Rza Zərrabı mən ümumiyyətlə tanımıram. Heç bir iş ortağım olmayıb, olada bilməz. Səhv adama böhtan atırlar, mən bu işin sonuna kimi gedəcəm”. İş adamının sözlərinə görə, “Palmali” nəinki Zərrabla, ümumiyyətlə qanunsuz heç bir işdə ola bilməz. “”Palmali”nin və Mübariz Mənsimovun yaşam tərzi bəllidir”. – See more at: http://azerinews.tv/index.php?newsid=5557#sthash.a0mAVzaU.dpuf