Mübariz Qurbanlı qəbul keçirəcək

Mübariz Qurbanlı İmişlidə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.

XALQ.AZ  xəbər verir ki, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı noyabrın 27-də İmişli şəhərində Sabirabad, Saatlı, İmişli, Beyləqan və Xocavənd rayonlarının sakinlərini qəbul edəcək.

Qəbul saat 11:00-da İmişli rayon Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qeyd edək ki, qəbula gəlmək istəyən vətəndaşlar Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinə müraciət edə bilərlər.

 

Orxan