Mübariz Qurbanlı qəbul keçirəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı aprelin 24-də Ağcabədi, Tərtər, Ağdam, Laçın və Füzuli rayonlarının sakinlərini qəbul edəcək.

XALQ.AZ xəbər verir ki, qəbul Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının inzibati binasında (Ağcabədi şəhəri, H.Əliyev pr, 213A) saat 11:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

DQİDK-nın bölgə şöbə müdiri: Əlizadə Nəcəfov. Əlaqə vasitələri: mob: (050) 315-53-52, telefon: 021 275 52 00. Elektron poçt ünvanları: chairman@scwra.gov.azinfo@scwra.gov.azdk-agcabedi@scwra.gov.az.

 

Orxan


Comments are closed.