Mübariz Qurbanlı Qubada vətəndaşları qəbul edib

 

755

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Quba şəhərində vətəndaşları qəbul edib

 

Sentyabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Quba şəhərində vətəndaşları qəbul edib.
XALQ.AZ xəbər verir, görüşə Quba ilə yanaşı, ölkənin şimal bölgəsinin digər rayonlarından olan sakinlər də qatılıblar.
DQİDK-nın sədri vətəndaşları narahat edən məsələləri dinləyib, irəli sürülən təkliflər barədə birgə fikir mübadiləsi aparılıb. Dindarlar komitə sədri ilə əsasən ibadətgahların, dini icmaların və məscidlərin qeydiyyatı məsələsi barədə söhbət ediblər.
Görüşdə vətəndaşlardan bir sıra şikayətlərin daxil olduğunu bildirən DQİDK-nın sədri Mübariz Qurbanlı bu məsələlərin tezliklə həll ediləcəyini bildirib. Komitə sədri şimal regionunda yaşayan din xadimlərinin, həmçinin dini icmaların təşkilatçılığını yüksək qiymətləndirib.
Görüşün sonunda vətəndaşlar tərəfindən edilən müraciətlərin həlli istiqamətində tapşırıq və tövsiyələr verilib.