Mubariz Qurbanlıdan yeni təyinat

 

25

 

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) kadr dəyişikliyi olub.

Komitədən XALQ.AZ verilən məlumata görə, qurumun sədri Mübariz Qurbanlının əmri ilə Anar Kazımov DQİDK-nin Bakı şöbəsinin müdiri təyin edilib.

A. Kazımov buna qədər komitənin əməkdaşı olub.

Qeyd edək ki, Bakı bölgəsi üzrə şöbə paytaxtın on iki rayonunu əhatə edir.