Müdafiə Nazirliyi açıqlama yaydı

MN

Azərbaycan Müdafiə Nazirliyi cəbhədə atəşkəsin pozulması nəticəsində şəhid olan hərbi qulluqçu ilə bağlı məlumat yayıb.

XALQ.AZ qurumun saytına istinadən xəbər verir ki, iyulun 31-də saat 17.00 radələrində erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozaraq mövqelərimizi atəşə tutublar.

Döyüş mövqeyində təhlükəsizlik qaydalarının pozulması nəticəsində Silahlı Qüvvələrimizin 1992-ci il təvəllüdlü, Ağdam rayonundan hərbi xidmətə çağırılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Əhmədov Qaryağdı Eldar oğlu düşmən tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olub.