Müdafiə Nazirliyindən Laçınla bağlı yeni AÇIQLAMA

Azərbaycan Ordusunun maddi-texniki təminat bölmələri tərəfindən Laçın şəhəri, Zabux və Sus kəndlərində dislokasiya olunan bölmələrin hərbi qulluqçularının məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görülür.

Xalq.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov deyib.

“Qısa müddət ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində digər azad olunan ərazilərdə olduğu kimi burada da xidmət edən hərbi qulluqçularımızın sosial məişət şəraiti ən yüksək səviyyəyə çatdırılacaq”, – deyə A.Eyvazov bildirib.

Xatırladaq ki, avqustun 26-da Prezident İlham Əliyev tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan həmin gün azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.