Müdafiə Nazirliyinin məlumatı-Partlayış səsləri….

Müdafiə Nazirliyi Gəncə şəhərindəki partlayış səsləri ilə bağlı açıqlama yayıb.

Nazirlikdən XALQ.AZ-a daxil olan məlumata görə, Azərbaycan Ordusunun Mühəndis-İstehkam Qoşunlarının bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan minaların Seyfəli poliqonunda utilizasiyasını həyata keçirir.

Aparılan partlayış işləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur.