Müdafiəçilərimiz düşmən ordusunun bütün istiqamətlərdə fəaliyyətini dayandırmaqda davam edir

Ukrayna qoşunları düşmən ordusunun bütün istiqamətlərdə hücumunu dayandırır.

Bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski bildirib.

“Müdafiəçilərimiz düşmən ordusunun bütün istiqamətlərdə fəaliyyətini dayandırmaqda davam edir. Bu yaz günlərində biz hər gün mühüm vaxt qazanırıq və düşmənin əlverişli mövqeləri zəbt etməsinə imkan vermirik”, – o vurğulayıb.

Komandirin sözlərinə görə, Ukrayna hərbçiləri düşməni effektiv şəkildə vura biləcəklərini dəfələrlə nümayiş etdiriblər.
Sevinc