Müğənniyə səhnədə hücum etdilər-Video

“O səs Türkiyə”dən ayrıldıqdan sonra səhnəyə daha çox çıxan Yıldız Tilbə hücuma məruz qalıb.

 

XALQ.AZ  xəbər verir ki, müğənni səhnəyə çıxdığı restoranda hücumla üzləşib. Tilbənin qorxduğu anlar kameralar tərəfindən qeydə alınıb.

Konsert vaxtı bir qrup arasında mübahisə düşüb. Yıldız mübahisəyə müdaxilə edib. Tamaşaçılardan bir nəfər isə səhnəyə çıxaraq sənətçinin üzərinə hücum edib.

Təhlükəsizlik xidmətinin əməkdaşları şəxsi səhnədən endiriblər. Amma davanın və tamaşaçının Yıldıza hücum səbəbi bilinmir.

 

 

 

Orxan