Mühafizəçilər mərasimdə huşlarını itirdi — VİDEO

Böyük Britaniyanın paytaxtı Londonda parad məşqində 3 mühafizəçi isti hava səbəbindən huşunu itirib.
Hadisə ilə bağlı Uels şahzadəsi Uilyam tviter hesabından açıqlama verib.
O, istiyə və çətin şərtlərə baxmayaraq xidmət edənlərə təşəkkür edib.
Qeyd edək ki, Londonda havanın 30 dərəcəyə çataraq ilin ən yüksək temperaturunu keçdiyi bildirilir.//Qafqazinfo