Musa Şəkiliyev hesabat verəcək?

31

 

Qax icra başçısı Musa Şəkiliyev bağlı maraqlı məlumat yayılıb.

İcra başçısı bu yaxınlarda ondan edilən şikayətlərdən dolayı Prezident Admnistrasiyasına çağırılıb və orada hesbat istənilib, bu görüş zamanı Qaxın icra hakimiyyətnin başçısı Musa Şəkiliyevə ilginc bir sual da verilib.Mənbələrin bildirdiyinə görə, həmin sual son iki ildə Qax rayonuna ayrılmış milyonlarla manat vəsaitin aqibəti ilə bağlı olub. İddia edilir ki, rəsmi qurumlar rayondakı vəziyyəti araşdırmaq üçün oraya bir müddət əvvəl nümayəndə göndəriblər. Həmin nümayəndə isə qapalı şəkildə xərclənən pulların hesabını aparıb. Və məlum olub ki, icra başçısı ayrılmış vəsaitləri bəzi qismini heç də təyinatı üzrə xərcləməyib. Üstəlik, onun yerli sahibkarları incidərək, onlardan aldığı pullarla bir sıra tikinti işlərini həyata keçirdiyi də üzə çıxıb. Hətta bununla bağlı bir neçə sahibkarın izahatı da alınıb.Məlumatda vurğulanır ki, bu sualın qarşısında aciz qalan Musa Şəkiliyev nə edəcəyini bilməyib. Həmçinin ondan tələb olunub ki, büdcə pullarından götürdüyü hissəni geri qaytarsın. Əks təqdirdə, təkcə işdən çıxarılmaqla deyil, həm də cinayət işi açıla bilər. Mənbənin dediyinə görə, Qaxın icra başçısı bundan sonra çıxılmaz vəziyyətə düşüb və imkanlarından istifadə etmək məcburiyyətindədir. Yaxın günlərdə hesabatı hazırlayıb təhfil verməlidir.

 

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.