Müşfiq Əmirova vəzifə verildi

 

37

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində müşavir təyinatı olub. 

 

“APA-Economics”in xəbərinə görə, nazir Əli Abbasovun əmri ilə qurumun mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov nazirin müşaviri təyin edilib.

Nazirliyin informasiya-təbliğat işi, ictimaiyyətlə əlaqələr, multimedia mərkəzi və internet resurslarına ümumi rəhbərlik nazirin müşavirinin səlahiyyətlərinə aiddir.

M. Əmirov faktı təsdiqləyib və göstərilən etimada görə təşəkkürünü bildirib.