Müştərilər “Kapital Bank”dan imtina edir

“Trendyol”dan “Kapital Bank” vasitəsilə alış-veriş edən müştərilər hesablarından artıq xərc çıxdığı üçün “Kapital Bank”dan imtina etməklə çox yaxşı ediblər. Qoy cəzalandırılsın. Xüsusən bu cür  kəşbek verən banklar xarici valyuta ilə alışları həddindən artıq pis edirlər. Siz internetdə oturub Mərkəzi Bankın saytı ilə baxıb özünüzdə kalkulyasiya aparırsınız ki, alış nə qədər olacaq. Amma “Kapital Bank” kimi banklar xarici valyutanın kursunu çox pis götürürlər. Bəzən normal kursu 2-3% aşağı götürürlər. Bununla da verdikləri kəşbeki elə müştəridən oradaca tutub geri alırlar. Siz də elə bilirsiniz ki, guya bank sizə kəşbek verir”.

 

Bunu açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib.

Azərbaycanda satılan brilyantlar saxtadır? - AÇIQLAMA Pravda.az

Ekspert bildirib ki, bankların hər birinin mobil tətbiqində xarici valyuta kursları haqqında məlumat verilir: “Bu zaman baxmaq lazımdır ki, sizdən lirəni, yaxud rublu, digər valyutanı neçəyə alacaqlar. Buna diqqət etmək lazımdır. Problem də buradan qaynaqlanır. Kəşbek xərcli prosesdir, çünki bankın öz cibindən gedir. Bu səbəbdən bir az yaxşı kəşbek verən banklar çalışırlar ki, hansısa formada onu müştəridən geri alsınlar. Çarpaz satışlar, kredit satışlar və s. ilə valyuta satışını baha etməklə kəşbekləri geri alırlar. Müştərilər “Kapital”dan çıxmaqla düzgün addım atırlar. Bunu müsbət qiymətləndirirəm ki, insanlar artıq rasional xərclərini, gəlirlərini hesablayırlar. Hansı bank sərfəlidirsə, vətəndaşlar onunla işləməlidirlər”.