Mustafa Cəmilov vəzifəyə təyin olundu

54

 

Ukrayna prezidenti Petro Poroşenko Mustafa Cəmilovu Krım tatarlarının işləri üzrə prezidentin səlahiyyətli nümayəndəsi təyin edib.

XALQ.AZ-ın məlumatına görə, dövlət başçısının № 657/2014 uyğun olan fərmanı prezidentin saytında dərc edilib.

“Ukraynanın xalq deputatı Mustafa Cəmilov Krım tatarlarının işləri üzrə prezidentin səlahiyyətli nümayəndəsi təyin edilsin”, – deyə fərmanda bildirilir.

Sənəd 20 avqustda imzalanıb.(anspress)