Muzeyi çay yatağına çevirən rəssam (FOTO)

R-1

Danimarkalı rəssam Olafur Eliassonun Luiziana Müasir İncəsənət Muzeyində “Riverbed” adlı ilk fərdi sərgisi baş tutub.

XALQ.AZ-ın məlumatına görə, 2003-cü ildə Tate Muzeyində keçirdiyi “The Weather Project” ekspozisiyası ilə tanınan rəssam bu dəfə ziyarətçilərə çay yatağını incələmək, təbiətlə kompozisiyanı qarşılaşdırmaq imkanı yaradıb.

Sərgi haqqında danışan Eliasson bunları deyib: “Mənə insanların bu kompozisiyanı ətraf aləmlə necə müqayisə edəcəkləri və özlərini bu əsərdə necə tapacaqları maraqlıdır”.

Kopenhagen və Berlində işləyən rəssamın əsərlərinin əsas elementləri – su, işıq, temperatur və təzyiqdir.

R-4

R-3

R-2

R-1