Nəcməddin Sadıkov Libermanla görüşüb

Oktyabrın 23-də Təl-Əvivdə Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov İsrailin müdafiə naziri Aviqdor Liberman ilə görüşüb.

XALQ.AZ xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, görüşdə regional təhlükəsizlik, ölkələrimiz arasında hərbi, hərbi-texniki əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

 

 

Orxan