Nərgiz Paşayevadan hədiyyə

11

 

Professor Nərgiz Paşayeva görkəmli şərqşünas alim Aida İmanquliyevanın irsindən bəhs edən kitabları Mərkəzi Elmi Kitabxanaya hədiyyə edib.

Xalq.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, Nərgiz Paşayeva anasının qələmə aldığı məqalələrin və ərəb dilindən Azərbaycan dilinə tərcümə etdiyi hekayələrin toplandığı “Məqalələr və tərcümələr” kitabını, həmçinin görkəmli şərqşünas alimin 70 illik yubileyinə həsr olunmuş “Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr” mövzusunda Beynəlxalq İbn Ərəbi Simpoziumunun materiallarının ingilis dilində nəşr olunmuş nüsxəsini və “Şərqşünaslığın aktual problemləri” mövzusunda Respublika Elmi Konfransının materiallarının dərc edildiyi kitabları AMEA Mərkəzi Elmi Kitabxanasının fonduna hədiyyə edib.

 

12